Muxtar Babayevdən ƏMR: Nazirlikdə yeni qurum yaradıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunda yeni qurum yaradılıb.
Turkustan.info-nun əldə etdiyi məlumata görə, Muxtar Babayevin müvafiq əmrinə əsasən nazirlikdə yeni Mineral Xammal, Analitik və Elmi Tədqiqatlar Mərkəzi fəaliyyətə başlayıb.Mürsəl Əliyev mərkəzin direktoru təyin edilib.
Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Mürsəl Əliyev bu təyinata qədər, Bakı şəhər Ekologiya İdarəsinin rəisi vəzifəsində çalışıb. /Cebhe.info/