28 Yanvar 2021 05:38

Paşinyan generallara qarşı repressiyalara başladı – Mixaylov

Ermənistanın yeni hökuməti bir müddət əvvəl hərbi dairələrə qarşı respressiyaların başlanmasının anonsunu verib. Erməni zabitlərinin 1 mart işinə görə cinayət məsuliyyətinə cəlbi Ermənistanın siyasi mətbəxi haqqında təhlil aparan şəxslərdə çaşqınlıq yaradıb.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı konfliktoloq Yevgeni Mixalyov deyib. O, Paşinyanla SSRİ rəhbərləri, eləcə də 37-ci il repressiyaları arasında paralellər aparmağın doğru olmadığını bildirib. Mixaylov İrəvanda olanda dəyişikliklərin sadəcə başlanğıc olduğunu deyib:

“Onun Rusiya ilə qarşılıqlı fəaliyyəti olan siyasi ağır çəkililəri ortadan götürməsi onu deməyə əsas verir ki, İrəvan hər şeydən öncə özünün təhlükəsizlik qarantına öz xarici siyasətində müəyyən müstəqilliyi olmasını göstərmək niyyətindədir. Biz bilirik ki, onunla hakimiyyətə kim gəlib. Buna görə də bütün bəyanatları və istefaları antirusiya xarakterli, gərginlik yaradılmasına yönəltmək kimi dəyərləndirmək lazımdır. Xaçaturovun korrupsiya və antikonstitusiya fəaliyyətlərində ittihamı Moskvanın maraqlarının əleyhinə getməsi qarşılğında sadəcə Qərb tərəfdaşlarınının onun cəsarətli əlini sıxması üçün bəhanə idi. İstənilən halda İrəvanda baş verənlər mənim fikrimcə, yalnız dəyişikliklərin başlanğıcıdır. Bu, Qafqazda böyük regional konfliktin yaranmasına gətirib çıxara bilər” – deyə o bildirib.

Paylaş: