18 Yanvar 2021 05:13

Xərçəng xəstəliyinə kimlər tutula bilər?

Dünyada hər il orta hesabla 18 milyon insana xərçəng xəstəliyi diaqnozu qoyulur ki, bunun 2 milyondan çoxu ağciyər xərçənginin payına düşür. Bu xəstəlik siqaret istifadəsinin artmasıyla cəmiyyətin sağlamlığını da ciddi təhlükə altına qoyur. 

Turkustan.info xəbər verir ki, xarici mütəxəssislər hesab edirlər ki, bu xəstəliyin ən önəmli riskı məhz siqaret və tütün məhsullarının istehsalıyla bağlıdır. 

Qeyd edək ki, siqaretdən istifadə etməyənlərdə də bu riskin olması ehtimaldır. Mütəxəssislər qeyd edirlər ki, siqaret dumanına məruz qalan insanlar da bu riskin daşıyıcıları sırasındadır. Bununla belə, xrom, nikel kimi maddələrlə təmas da bu ağciyər xərçənginin yaranmasına şərait yaradır. Uranium əsaslı radon qazı da sözügedən xəstəliyin yaranmasını sürətləndirir. Mütəxəssislər bunun üçün evlərin tez-tez havalandırılmasını tövsiyyə edirlər. 

Xəstəliyə sinə gərmənin yollarından biri də zamanında və doğru şəkildə qidalanmadır. Bunun üçün vitamin A, C, E-nin təbii şəkildə qəbulu xəstəliyə qarşı effektiv mübarizə formalarından sayılır.   /Cebhe.info/

Paylaş: