24 Yanvar 2021 19:35

Bakıda jurnalistin mənzili qarət edildi: Ehtiyat açarı da aparıblar…

“Gununsesi.org” saytının Baş redaktoru Pərviz Həşimlinin yaşadığı mənzil qarət olunub. Moderator.az xəbər verir ki, bu barədə jurnalistin özü dünən gecə bununla bağlı FB profilində status yazıb:
“Mənzilimdən oğurluq olub. Kompüterlər, printerlər, suvenirlər… Hələlik gözümə dəyən bunlardır. Qapıya açar salıb açmaq istəyəndə, gördüm ki, açıqdır. İçəri daxil olanda qarışıqlıq gördüm.  Yeni mənzildi deyə,  bura ofisimə aid əşyaları yığmışdım. Evdəki ehtiyat açarları da aparıblar”.
P. Həşimli sonradan Turkustan.info-ya bildirib ki, 102 xidmətinə dərhal zəng edib və polislər hadisə yerinə gələrək mənzilə baxış keçirib müvafiq tədbirlər həyata keçiriblər. Oğruların yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Əməliyyat-axtarış tədbirləri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılır.

Paylaş: