24 Yanvar 2021 02:35

“Xəzər Tv” Tahir İmanov barədə sərt süjet hazırladı: “Zibil yeşiyi…” – Video

Əməkdar artist Tahir İmanovun özəl telekanallar və elektron media barəsində söylədiyi fikirlər birmənalı qarşılanmayıb.

Belə ki, aktyor mətbuata açıqlamasında, “əlacım olsaydı, özəl telekanalları zibil yeşiyin atardım” deyib. Onun bu sözlərindən sonra “Xəzər Xəbər” T.İmanovla bağlı süjet hazırlayıb.

Süjetdə televiziya əməkdaşı aktyor barədə sərt ifadələr dilə gətirib. Eyni zamanda Tahir İmanovun tükəndiyi vurğulanıb.

Xatırladaq ki, Tahir İmanov və komandasının konsertlərinin efirə verilməsi qadağan olunub.

/bizimyol.info/

Paylaş: