24 Yanvar 2021 04:01

“Azərbaycan ədalətsizlikdən əziyyət çəkir” – Elmar Məmmədyarov

Azərbaycan ədalətsizlikdən, o cümlədən torpaqlarının qonşu Ermənistan tərəfindən işğal olunmasından əziyyət çəkir.
Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fələstin dövlətinin Asiya qitəsindəki səfirlərinin konfransında deyib.
Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi qətnamələr hələ də yerinə yetirilmir.
E.Məmmədyarov bildirib ki, işğal olunmuş ərazilərdə azərbaycanlılar etnik təmizləməyə məruz qalıb.

Paylaş: