17 Yanvar 2021 03:12

““Azərenerji” dövlətin çiynində daha nə qədər yük olacaq?” – Zahid Oruc

“Azərenerji” daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək?” 
Turkustan.info xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc bu gün parlamentin  iclasında deyib. Bildirib ki, sözügedən qurum uzun illər SOCAR xəttindən dotasiyalaşan və sonra da borcları silinən sektor olaraq qalır: 
“Azərbaycan öyünür ki, Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Ölkə prezidenti çox haqlı olaraq məlum müşavirədə “Azərenerji”nin rəhbərliyini qınayıb. Bu adamlar nə üçün məsuliyyətsizliyə yol veriblər ki, ölkənin özünün daxili enerji təhlükəsizliyinə ziyan gəlib?”  /BakuPost/

Paylaş: