22 Yanvar 2021 06:55

Bakıda gecə müəmması: Qana boyanmış müştəri taksi sürücüsünü şoka salıb

Gecə yarısı taksiyə oturan sərnişin qan içində olub və sürücüdən onu Məhəmməd Hadi küçəsinə aparmağı xahiş edib

  Bakıda sonuncu istirahət günü maraqlı və bir qədər də qəribə hadisə baş verib. Taksi sürücüsü qan içində olan sərnişinlə bağlı polisə müraciət etməli olub.

Turkustan.info bildirir ki, Xətai rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 4-də RPİ-nin 34-cü polis bölməsinə 1988-ci il təvəllüdlü Əhmədov Pərviz Vidadi oğlu müraciət edib. Kişi bildirib ki, “Ravon” markalı avtomobili ilə özəl taksi xidməti göstərir. Onun sözlərinə görə, həmin gün gecə saat 02:05 radələrində Babək prospektində onun maşınına qəribə sərnişin – gənc kişi oturub. Onun bütün paltarları qan içində olub.

Sərnişin taksi sürücüsündən xahiş edib ki, onu Məhəmməd Hadi küçəsi, 7 ünvanına aparsın. Taksi sürücüsü o qədər qorxub ki, hətta sərnişinə özünü necə hiss etdiyi barədə sual belə verməyə çəkinib. Qəribə sərnişin Məhəmməd Hadi küçəsində taksidən enib, taksi sürücüsü isə bu qəribə sərnişinlə bağlı polisə xəbər verməyə tələsib. Hazırda 34-cü polis bölm

əsinin əməkdaşları həmin şübhəli sərnişinin şəxsiyyətini müəyyən etməyə çalışırlar.

Polisdən bildirilib ki, bu şənbə və bazar günləri paytaxtda bir dənə də olsun qətl və qətl törətməyə cəhd qeydə alınmayıb. Heç qəsdən sağlamlığa ağır zərər vurma halına da təsadüf edilməyib. Mümkündür ki, paytaxtda qətl törədilib, amma hələlik bu barədə heç kəsə heç nə məlum deyil.

 

Paylaş: