17 Yanvar 2021 04:44

Gələn il pensiya artacaq: Məbləğ açıqlandı

2019-cu ildən etibarən orta aylıq pensiya 241 manata, yaşa görə orta aylıq pensiya 272 manata çatacaq.

Turkustan.info xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycanın 2019-cu ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, növbəti ildə Əmək və Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsaitin 97 faizi əhalinin pensiya, sosoial müavinətlərinin təmin olunmasına yönəldiləcək.

O deyib ki, növbəti ildən etibarən müavinətlər artacaq.

Nazir onu da əlavə edib ki, nazirliyin büdcəsinin xərclər strukturunda əsas diqqət özünəməşğulluq istiqamətinə yönəldiləcək. Belə ki, növbəti ildə Azərbaycanda 7 min ailənin kiçik ailə təsərrüfatı yaradılması nəzərdə tutulur və bu məqsədlə həmin ailələrə maliyyə yardımı ayrılacaq.   /Avropa.info/

Paylaş: