26 Yanvar 2021 13:13

Liberman: ABŞ İrana kritik zərbə vurdu

ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi Tehranın Yaxın Şərqdə, o cümlədən Suriyadakı varlığına kritik zərbədir.

Turkustan.info xəbər verir ki, bu sözləri İsrailin Müdafiə naziri Aviqdor Liberman deyib.

“Bir addımla ABŞ İranın Suriya, Livan, Qəzza, İraq və Yəməndəki varlığına kritik zərbə vurdu”, – Liberman bildirib.

İsrail XİN də öz növbəsində ABŞ sanksiyalarını “vacib addım” adlandırıb.

Qeyd edək ki, bu gün ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi aktivləşib.   /Axar.az/

Paylaş: