17 Yanvar 2021 10:28

Paşinyandan cəbhə təxribatı: “Adımız Ermənistan ordusudur”

Qarabağ separatçılarının rəhbəri Bako Saakyan və Ermənistan baş nazir əvəzi Nikol Paşinyan dünən Azərbaycan ordusuyla erməni qoşunlarının təmas xəttinə gəliblər.

Turkustan.info xəbər verir ki, həm Saakyan, həm də Paşinyan burada erməni hərbçilərinin fəaliyyəti ilə tanış olublar. Onları qondarma qurumun “müdafiə naziri” Levon Mnatsakanyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan müşayiət edib.

Paşinyan əsgərlərlə çəkdirdiyi selfini Feysbuk səhifəsində “Bizim adımız Ermənistan ordusudur” statusu ilə paylaşıb.   /Axar.az/

Paylaş: