28 Yanvar 2021 08:48

Qənirə Paşayeva Prezidentə təşəkkür ünvanladı

Qənirə Paşayeva

Millət vəkili

Cənab Prezidentimiz İlham Əliyevə bütün ailəmiz adından gözəl alim və əmimiz olan Qəzənfər Paşayevə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında imzaladığı sərəncam üçün təşəkkür edirik. Çünki Qəzənfər Paşayev bizim üçün yaxşı əmi olduğu qədər hər zaman örnək aldığımız gözəl ziyalı, alimlərimizdən olub.

Kərkükü bizə sevdirən aydın,Türk dünyası sevdalı bir ziyalı olaraq Azərbaycanımız üçün gözəl işlər görən bir alimdir.

Cənab Prezindentin də sərəncamında vurğulandığı kimi ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətini bu gün də eyni əzmlə davam etdirir.

Təşəkkürlər cənab Prezident!

Gecə-gündüz yorulmadan çalışan, yazıb-yaradan Qəzənfər müəllimə bu münasibətin onu daha da ruhlandıracağına və gözəl çalışmalarının davam edəcəyinə əminik.

Paylaş: