16 Yanvar 2021 22:11

Rinqdə komaya düşən boksçu öldü – VİDEO

Tailandda keçirilən boks matçı faciəvi sonluqla bitib.

Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı boksçu Kristian Daqhio Banqkoqda keçirilən yarış zamanı rəqibi Don Parueanqın zərbəsindən nakaut olub. Aldığı zərbələrdən huşunu itirən Daqhio xəstəxanaya çatdırılıb. 2 gün komada qalan boksçu dünyasını dəyişib.

“Muay-tay” çempionu olan idmançının 5 yaşlı qızı var.

/Qafqazinfo/

Paylaş: