Türkiyə ABŞ-a meydan oxudu: “Artıq səbrimiz qalmadı”
“Münbiç hadisələrində ABŞ daha əvvəl PKK-nın və ya YPG-nin bölgədəki varlığına icazə verilməyəcəyini demişdi. Məsələnin həlli yolu isə bir sonrakı aya, ilə təxirə salınmışdı. Lakin Türkiyənin artıq bu problemləri təxirə salmağa səbri və dözümü qalmayıb”.
Bu sözləri Türkiyənin vitse-prezidenti Fuad Oqtay mətbuata açıqlamasında deyib.
Qeyd edək ki, Türkiyə cənub sərhədində torpaqlarının təhlükəsizliyinə təhdid hesab etdiyi PKK terror təşkilatına qarşı “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarını uğurla həyata keçirərək bölgənin böyük qismini terrorçulardan təmizləyib. Münbiçin terrorçulardan təmizlənməsi məsələsində isə ABŞ Türkiyə ilə razılığa gələrək bölgəyə birlikdə daxil olmağı və birgə nəzarət etməyi təklif edib. Lakin ABŞ bölgənin təhlükəsizlik tədbirləri ilə bağlı görüləcək işləri təxirə salır. /publika.az/