Əsgər Heydər Əliyevin yeni FOTOSU
Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev də iştirak edib. Andiçmədən sonra DTX hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçid ediblər.
Turkustan.info Azvision.az-a istinadən xəbər verir ki, tribuna önündən keçid edən əsgərlər arasında Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də olub.
Qeyd edək ki, əsgər Heydər Əliyev sentyabrın 16-da Vətənə sədaqət andı içərək DTX-nın hərbi hissəsində xidmətə başlayıb.