İran razılaşmadan çıxır: ABŞ-ın hücum planı… – Bolton
Əgər İran nüvə razılaşmasından çıxsa belə, ABŞ-ın bu ölkəyə qarşı heç bir hərbi əməliyyat planı yoxdur.
Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
“Bizim belə planımız yoxdur. Prezident İranın razılaşmadan çıxmayacağını düşünür. İran hazırda razılaşmanın şərtlərinə əməl etmir” – deyə o bildirib. /Axar.az/