Türkiyədə partlayış: 25 hərbçi yaralandı, 7-si itkin düşdü
Türkiyənin Hakkari bölgəsinin İraqla sərhədində yerləşən Şemdinli rayonuna bağlı Derecik Ortaklar kəndində hərbi sursat partlayıb.
Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 25 hərbçi yaralanıb.
İtkin düşən 7 əsgərin axtarışı davam edir. Yaralılar helikopterlərlə Yüksekova və Hakkari xəstəxanalarına çatdırılıblar.