Bakı metrosunda PROBLEM: Ödəniş terminalları çökdü
Bakı metrosunun “20 Yanvar” stansiyasında problem yaşanır.
Turkustan.info bildirir ki, Cebhe.info-nun hadisə yerində olan müxbiri xəbər verir ki, hal-hazırda adıçəkilən metrostansiyada ödəniş terminallarının bəziləri işləmir. Belə ki, ödəniş terminalları vasitəsilə yüklənilən pullar karta yüklənmir. Metro sərnişinləri arasında ödəniş etmiş şəxslər isə pullarını almaq üçün gözləyirlər.
Vəziyyətlə əlaqədar sərnişinlərə məlumat verilməsi üçün metro mühafizəçisinə yaxınlaşsaq da, o kobud şəkildə cavab verərək, “bu mənim işim deyil, mən sərnişinlərin təhlükəsizliyini təmin edirəm” – deyə bildirib.
Əlavə məlumat veriləcək.