28 Yanvar 2021 12:41

İnanılmaz musiqisi ilə bütün dünyanı fəth edən 90 yaşlı dahi – VİDEO

Filmlərə musiqi yazmağa Morrikone 1961-ci ildən, yəni 33 yaşı olanda başlayıb

 Dünya şöhrətli İtaliyan bəstəkarı, aranjimançı və dirijor Ennio Morrikonenin bu gün 90 yaşı tamam olur.

Turkustan.info xəbər verir ki, o kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə dünyada məşhurlaşıb.

Dirijor Ennio Morrikoneni
 

Ennio Morrikone 10 noyabr 1928-ci ildə Romada, professional caz trubaçalanı Mario Morrikone və evdar xanım Libera Ridolfinin ailəsində anadan olub. Ailədə 5 uşaqdan böyüyü Ennio olub.

Ennio Morrikone 9 yaşı olduğu zaman Romada Müqəddəs Çeçiliya konservatoriyasına daxil olub. O, bu konservatoriyada ümumilikdə 11 il təhsil alıb və 3 diploma yiyələnib.

Morrikone 16 yaşı olduqda, əvvəllər atasının ifa etdiyi, Alberto Flamininin ansamblında ikinci turbaçalan yerini tutub. Ennio ansamblla birlikdə pul qazanmaq üçün Romanın gecə klublarında və otellərində ifa edib.

Bir il sonra Morrikone teatra düzəlib. Burada o, bir il musiqiçi kimi, daha sonra üç il bəstəkar kimi fəaliyyət göstərib.

1950-ci ildə o, radio üçün tanınmış bəstəkarların mahnılarını aranjeman etməyə başlayıb.

Filmlərə musiqi yazmağa Morrikone 1961-ci ildən, yəni 33 yaşı olanda başlayıb.

Bir müddət sonra onu Hollivud kinematoqrafiyasına işə dəvət ediblər. ABŞ-da Morrikone tanınmış rejissorlar Con Burmen, Volfqanq Petersen, Barri Levinson, Terrens Malik, Roman Polanski, Oliver Stoun, Brayan De Palma, Mayk Nikols, Con Karpenter və başqalarının filmlərinə musiqi yazıb.

Ümumiyyətlə karyerası müddətində bəstəkar 400-dən çox kino və seriala musiqi yazıb.    /sputnik.az/

Paylaş: