20 Yanvar 2021 19:27

Azərbaycanda əhali üçün sürpriz yenilik – Xərclədiyiniz pulun 15 faizi… – VİDEO

Azərbaycanda nağdsız ödənişlərdən istifadəni genişləndirmək, eləcə də, vergidən yayınma hallarının qarşısını almaq üçün Vergilər Məcəlləsinə dəyişikliklər gözlənilir.

Turkustan.info-nun “Xəzər” TV-yə istinadən məlumatına görə, ticarət və iaşə obyektlərinə ödəniləcək məbləğin ƏDV-nin bir hissəsi vətəndaşa qaytarılacaq. 

Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edəcək.

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması üçün alış-verişin çeki tələb edilməlidir.

Onun sözlərinə görə, geriödəmələrin hansı formada reallaşdırılacağı ilə bağlı müxtəlif mexanizmlər nəzərdən keçirilə bilər.

 

Paylaş: