28 Yanvar 2021 19:29

Sarayda prezidentləri yanaşı oturmağa qoymadılar

Rusiya və ABŞ prezidentləri Fransada Ylisey sarayında yanaşı otura bilməyib. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətindəki mənbə bildirib. O qeyd eidb ki, Putin və Tramp Yelisey sarayında işçi səhər yeməyi zamanı ünsiyyət qura bilməyib.

Buna səbəb isə son anda təşkilatçıların yer dəyişdirməsi olub. Buna görə də Tramp və Putin yan-yana otura bilməyib. Daha sonra Kremlin mətbuat katibi Dmitri Peskov da bunu təsdiqləyib. Buna görə də prezidentlər gözlənildiyinin əksinə olaraq səhər yeməyi zamanı söhbət imkanı qazanmayıb.  /Cebhe.info/

Paylaş: