23 Yanvar 2021 18:08

Hökumət üzvləri Milli Məclisə gəldilər – Büdcə müzakirə olunur

Bu gün Milli Məclisin növbəti iclası başlayıb.

Turkustan.info-nun məlumatına görə, iclasa sədrliyi Oqtay Əsədov edir. İclasda baş nazir Novruz Məmmədov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, vergilər naziri Mikayıl Cabbarov və digər hökumət üzvləri iştirak edir. 

İclasın gündəliyinə 11 məsələ daxildir.

Bunlar ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, Milli Məclisin 2019-cu il üçün xərclər smetası, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası, “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihələridir. 

Həmçinin iclasda “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik (ikinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi (ikinci oxunuş), “Notariat haqqında” qanununun layihəsi də müzakirə olunacaq. 

2019-cu ilin dövlət büdcəsi Milli Məclisin noyabrın 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında da müzakirəyə çıxarılacaq.

Beləliklə, 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin 5 plenar iclasında müzakirə olunacaq.

Qeyd edək ki, bu vaxta kimi büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi 3 iclasla yekunlaşırdı.  /Modern.az/

Paylaş: