26 Yanvar 2021 12:04

Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyədə səfərdə olub və TC Daxili İşlər naziri, cənab Süleyman Soylu ilə görüşüb. Bu haqda Azərbaycan Respublikasının qardaş Türkiyə Cümhuriyyətindəki səfirliyinin Təhsil Müşavirliyinin rəsmi facebook səhifəsində məlumat verilib. Görüşdə heyət rəhbərinin köməkliyi ilə nümayəndə heyətinin tərkibində Təhsil Müşavirmiz Nəcibə xanım Nəsibova da yer alıb və sözügedən görüşdə iştirak edib.

Görüşdə bir çox məsələlər müzakirə olunub, hər iki ölkənin QHT-lərinin gələcək əməkdaşlığını nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb. Bundan başqa, həmin görüşdə daha bir problem- Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün uzun müddət həll olunmamış qalan, TR Miqrasiya Baş İdarəsinin ilə bağlı qarşılaşdıqları problem həllini tapıb.

Məlumatda bildirilir ki, hər zaman tələbələrimizə diqqət göstərən, cənab Azay Quliyev bu dəfə də onların problemlərinə ciddi yanaşaraq, Türkiyədə təhsil alan tələbələrimizin ( 79 vilayətdə 17.000-dən çox tələbə) TC Miqrasiya Baş İdarəsi ilə bağlı qarşılaşdıqları problemləri TC Daxili İşlər naziri cənab Süleyman Soylunun diqqətinə çatdırıb. Görüşün nəticəsində cənab S. Soylu qeyd olunan məsələ ilə bağlı TR Miqrasiya Baş İdarəsinin rəisi cənab Abdullah Ayaza göstəriş verib.

“Azərbaycanın gələcəyi olan gənclərimizə göstərmiş olduğu sevgiyə görə cənab Azay Quliyevə Türkiyədə təhsil alan tələbələrimiz adından təşəkkür edirik”,- deyə qeyd olunan məlumatda tələbələrə qarşılaşdıqları problemlərlə bağlı Müşavirliyə məlumat vermələri istənilib: “Sözü gedən görüşün 13.11.2018-ci il tarixinə razılaşdırıldığını nəzərə alaraq, TR Miqrasiya Baş İdarəsi ilə bağlı olan problemlərinizi təcili olaraq bizə bildirmənizi xahiş edirik (paylaşımın altına yaza bilərsiniz ) Link – https://www.facebook.com/tehsil.musavirliyi/posts/1125671427602661

 

45828273_317981552128995_6310917209782747136_n.jpg (90 KB)

Paylaş: