Be. Okt 21st, 2019

5 nəfərin yanaraq öldüyü evin VİDEOSU yayıldı

Daşkəsən rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yanğın baş verən evin videosu yayılıb.

 Turkustan.info “Report”a istinadən xəbər verir ki, yanğın rayonun Quşçu kənd sakini, 1970-ci il təvəllüdlü Tağıyeva Pənah Cəmil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib.

Hadisə zamanı ev sahibi həyat yoldaşı Gəncə şəhərində xəstəxanada müalicə aldığı üçün onun yanında olub. Yanğın zamanı ölən 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızının anası, ev sahibinin qızı da anasının yanında olduğuna görə, övladını ata evinə aparıb və qardaşı Asim Tağıyevin yanına qoyub. Dünən axşam saatlarında isə Asim mal-qarasının gəlmədiyini görüb, meşəyə heyvanatın dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.

Yanğın baş verən zaman evdə onun həyat yoldaşı Sevinc Tağıyeva, 3 övladı və 1 baldızı qızı olub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğın evdə quraşdırılan odun sobasından başlayaraq evə yayıldığı ehtimal edilir.

Yanğın zamanı ev tamamilə yararsız vəziyyətə düşüb və ətrafdakı qonşular yanğından yalnız evin çardağında olan materialın (şiferin) parçalandığı an səsinə oyanıblar. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb və yaxınlıqda olan 2 tövlə yanğından mühafizə edilib.

Qeyd edək ki, ölənlər arasında 1, 6, 8 və 11 yaşlı dörd uşaq var:

Tağıyeva Sevinc Şahin qızı, 1990

Tağıyeva Aysun Asim qızı, 2010

Tağıyev Sakit Asim oğlu, 2012

Tağıyev Sadiq Asim oğlu, 2017

Ədilxanova Günel Qoşqar qızı, 2007

Yanğının başvermə səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: