Be. Okt 21st, 2019

Bakıda evli qadınla sevgili olan iş adamın ŞOK MESAJLARI ÜZƏ ÇIXDI – “Nəslinizi qıraram”

Ötən gün ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinə gələn ata oğlunun ölümü ilə bağlı şok iddialar səsləndirib.

Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, ata iş adamı olan 32 yaşlı oğlunun evli qadınla sevgili olduğunu və onun ölümündə həmin Aişə adlı qadının əli olduğunu iddia edib.

Verilişdə qadının gənc iş adamına yazdığı mesajlar səsləndirilib.

“Sən öl, sənin üzünə gülə-gülə səni məhv edərəm. Nəslinizi qıraram. Heç bilməzsən mən tərəfdən oldu. Mən buna qadirəm. Həyatımla oynayanın həyatı ilə futbol oynayaram”.

Evli qadın hədə dolu mesajları hər kəsi şoka salıb.

Qeyd edək ki, Rauf adlı şəxs sevgilinin ad günü mərasimindən çıxdıqdan sonra zəhərlənərək dünyasını dəyişib.

Paylaş: