Şb. Okt 19th, 2019

İdmançılarımız “Bayraq” günündə bayrağımızı dalğalandırdılar – FOTO

9 Noyabr “Bayraq”  günündə ABŞ-da Dünya Pauerliftinq Çempionatı keçirilib. 
Turkustan.info Azərbaycan Dövlət bayrağını  zirvələrə ucaldan çempionlarmızı təqdim edir:
Hafiz Verdiyev, 100 kq çəki dərəcəsində pauerliftinq üzrə,ağırlıqla oturub qalxmada 320 kq, ağırlığı sinədən qaldırmada 195 kq və ağırlığı yerdən qaldırmada 340 kq çəki ilə, ümumi olaraq üç  hərəkətin cəmində 855 kq nəticə ilə mütləq dünya çümpionu adını qazanıb.
Digər idmançımız Rövşən Xəlilov isə 75 kq çəki dərəcəsində Squat (225kq),Benpress (172,5kq) və Dedlift(260kq) çəki ilə ümumilikdə 657,5 kq nəticə ilə dünya çempionu adını qazanıb.
Moderator.az-ın əldə etdiyi məlumata görə, Vüqar Namazov dünya çempionatında çox ciddi zədə alaraq yarışı yarımçıq  qoymalı olub.
İdmançılarımız ümumilikdə iki qızıl medal qazanıblar.

Paylaş: