26 Yanvar 2021 03:30

“Deputatlar gəlir bəyannaməsi versin”- Əflatun Amaşov

Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməli, xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyət yarandıqda maraqlarından imtina etməlidir. 

Turkustan.info-nun məlumatına görə, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov qeyd edib ki, Almaniyada deputat cinayətdə ittiham edilirsə, iclas zalında həbs olunur. Onun sözlərinə görə, elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri-etik aparsa, onu çox ağır cəza gözləyir.

Millət vəkili həmçinin deputatların gəlir bəyannaməsinin qəbul edilməsini təklif edib: “Hesab edirəm ki, qanun layihəsini hazırlayarkən Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi beynəlxalq təcrübəni öyrənib. Beynəlxalq təcrübədə gəlir bəyannaməsi əsas şərtlərdən biri kimi göstərilib. Gəlir bəyannaməsinin tətbiqini bu dəfə də olmasa, gələn dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazamız da mövcuddur”.   /Cebhe.info/

Paylaş: