17 Yanvar 2021 22:31

Putin hakimiyyəti kimə ötürəcək? – Gözlənilməyən üç varis

Vladimir Putindən sonra Rusiya prezidentliyinə yeni real namizədlərin adları açıqlanmağa başlayıb. 

Turkustan.info-nun məlumatına görə, politoloqlar V.Putinin siyasi varisinin hakimiyyətin öz daxilindən seçilmiş cavan, və idarəetmə sahəsində özünün doğrulmuş kadrlar arasından seçiləcəyini proqnozlaşdırır.  Ekspertlərin əksəriyyəti hesab edir ki, V.Putin hakimiyyəti özünün seçdiyi şəxsə ötürəcək. 

Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Aleksey Makarkinin sözlərinə görə, prezidentin siyasi varisi 2021-ci ildə müəyyənləşə bilər. Həmin vaxt Dövlət Dumasına keçiriləcək seçkilərdən sonra Rusiya prezidenti öz səlahiyyətlərini tədricən yeni təyin ediləcək baş nazirə ötürəcək.  

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək. 

Makarkin Putindən sonra Rusiyaya prezidentlik edəcək  namizəd kimi üç nəfərin adını çəkir. Onlardan birincisi, Tula vilayətinin qubernatoru Aleksey Dyumindir.    

1972-ci ilin avqust ayında anadan olmuş A.Dyumin Rusiya Federal Mühafizə Xidmətində çalışıb. O, Putinin birinci və ikinci prezidentliyi müddətində dövlət başçısının mühafizə xidmətində işləyib. Sonralar müdafiə nazirinin müavini vəzifəsinə yüksələn Dyumin 2016-cı ildə Tula vilayətinin qubernatoru təyin edilib. “Dyuminin fəaliyyətə başlamasından sonra digər sahələr üçün ağlagəlməz dərəcədə vəsait yığıldı. Şəhər sürətlə inkişaf etdi. İndi bölgə bir model kimi təbliğ edilir-deyə Makarkin bildirib. 

Siyai İnformasiya Mərkəzinin direktoru Aleksey Muxin isə Putinin siyasi varisləri arasında tamamilə fərqli adlar çəkir. Onun sözlərinə görə, Putinin davamçısı müəyyən edilmiş şərtlərə cavab verməlidir. Həmin şəxs Putinin dərin etmadını qazanmalı, xüsusi xidmət orqanlarından çıxmalı, dövlər qurumlarında və ya böyük şirkətlərdə rəhbər vəzifər vəzifədə işləməli, regional icra hakimiyyəti orqanlarında  xidməti təcrübəyə malik olmalıdır. 

Muxinin fikrincə, hazırda Vladimir Putini əvəz edə biləcək üç namizəd var. Onlar Yaroslav vilayətinin qubernatoru Dmitri Mironov, mülki müdafiə, fövqəladə vəziyyət və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazir Yevgeni Ziniçev və qubernator Aleksey Dyumindir.

“Onların üçü də Federal Mühafizə Xidmətindən çıxıb və yaxşı münasibətlərə malikdir”-Muxin belə qeyd edib. 

Mironov əvvəllər daxili işlər nazirinin müavini işləyib. 2016-cı ildə Putin onu Yaroslav vilayətinin qubernatoru təyin edib. 2017-ci ilin sentyabr ayında o, rəsmən qubernator olub. Ziniçev də 2016-cı ildə Putinin sərəncamı ilə Kalininqrad vilayətinin qubernatoru təyin edilib. Lakin bir neçə aydan sonra o, şəxsi səbəblərdən istefaya gedib.  Buna baxmayaraq, prezident onu dərhal Federal Təhlükəsizlik Xidmətinin direktor  müavini təyin edib. 2018-ci ilin may ayında mülki müdafiə məsələləri üzrə nazir təyin edilib. 

Hər üç namizəd beynəlxalq miqyasda tanınmır. Lakin Muxin bildirir ki, Rusiya KİV-i onları bacarıqlı siyasətçi kimi təbliğ etməyə başlayıb. Prezident Putinin beş il yarım vaxtı qalıb. Hakimiyyətin  varisliyi problemi hələ uzaqdadır. Buna baxmayaraq, ekspertlər namizədləri müzakirə edir. Bu, Putinin yeri uğrunda çəkişmənin başlanması deməkdir.    /Cebhe.info/

Paylaş: