Cənubi Afrikada 33 yaşlı kannibal əlində kəsilmiş insan ayağı ilə polis idarəsinə gəlib.

Turkustan.info xəbər verir ki, kannibal “Adam əti yeməkdən bezdim” deyərək təslim olub.

Hadisə Eskourt şəhərində baş verib. 33 yaşlı Nino Mbatha polisə təslim olub. O, sərxoş vəziyyətdə evinə qayıdan Zanele adlı qadını maşınına mindirib. Sonra isə avtomobili qayalıq əraziyə sürərək qurbanını əvvəlcə öldürüb sonra isə yeyib. Zanelenin itkin düşməsindən sonra polis təhqiqata başlayıb. Qadının meyitinin parçaları qayalıq ərazidə tapılıb.

Mbathanın təslim olması ilə bağlı polis rəisi Thembeka Mbheke açıqlama verib. O, kannibalın təslim olduğunu, evində daha çox insan meyiti olduğunu bildirib.  /Ölkə.Az/

Əlində insan ayağı olan kannibal polisə təslim oldu: “Adam əti yeməkdən bezdim”