Ça. Dek 10th, 2019

Abel Məhərrəmovu əvəz edən şəxsin adı dəqiqləşdi

BDU-nun dünən işdən azad edilən rektoru Abel Məhərrəmovu prorektor İradə Əliyeva əvəz edir.

Qeyd edək ki, bundan öncə professor Əmrah Dadaşovun BDU-nun rektor əvəzi təyin edildiyi xəbəri yayılsa da, BDU mətbuat katibi Pərvanə İbrahimova təkzib etmişdi.

Ötən gün Prezidentin sərəncamı ilə BDU rektoru vəzifəsindən azad edilib. BDU-da 5 prorektor var: Tədrisin təşkili və təlim texnologiyaları üzrə (İradə Nurəddin qızı Əliyeva), Elm və innovasiyalar üzrə (Aydın Həsən oğlu Kazımzadə), Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə (Sani Tofiq oğlu Hacıyev), İqtisadi-təsərrüfat işləri üzrə (Nəbi Əhməd oğlu Ramazanlı), Ümumi işlər üzrə (Vüqar Abdulla oğlu Mehrabov).  /Axar.az/

Paylaş: