24 Yanvar 2021 03:01

160 nömrəli marşrut yenə şlaqbaumu keçdi, qatar gəldi – VİDEO

Oktyabrın 1-də Binədə baş verən və ölümlə nəticələnən dəhşətli qəzaya baxmayaraq, sözügedən ərazidə təhlükə qalmaqda davam edir.

Turkustan.info xəbər verir ki, bu dəfə də sözügedən ərazidə avtobus şlaqbaumu keçərək qatarın bir addımlığında dayanıb.

Bu, sürücü səhlənkarlığı ilə yanaşı, həm də “Azərbaycan Dəmir Yolları” QSC-nin məsələyə biganə münasibətidir.

Hər halda iki nəfərin ölümünü ilə nəticələnən qəzadan sonra həmin yerdə keyfiyyətli şlaqbaumun quraşdırılmamasının başqa izahı yoxdur.

/yenicag.az/

Paylaş: