Putin İstanbula gedir, Ərdoğanla görüşəcək
Putin və Ərdoğan mərasimə İstanbuldan video-konfrans vasitəsilə qatılacaq
Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəyə səfər edəcək. Bu barədə Turkustan.info Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən, Türkiyədə “Türk axını”nın dənizdən keçən hissəsinin başa çatması münasibətilə mərasim keçiriləcək.
Putin və Ərdoğan mərasimə İstanbuldan video-konfrans vasitəsilə qatılacaq.
Bundan başqa, liderlər İstanbulda ikitərəfli görüş keçirəcəklər. Görüşdə Rusiya-Türkiyə münasibətləri, regional və beynəlxalq problemlər müzakirə ediləcək. /sputnik.az/