23 Yanvar 2021 17:45

Gəncədə partlayışda ölənlərin sayı 3 nəfərə çatdı – FOTO

Turkustan.info FHN-ə istinadən xəbər verir ki, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib.

Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılıb.

Bundan əvvəl isə,  1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadənin meyiti dağıntılar altından çıxarılıb. Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Dağıntılar altından çıxarılan yaralı, Azərbaycan ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

/A24.az/

Paylaş: