Be. Okt 21st, 2019

DAHA BİR UĞURLU VƏ DAVAMLI LAYİHƏ – Kitabxana mütəxəssisləri üçün təşkil olunmuş növbəti treninq başa çatdı

Turkustan.info bildirir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin və Yasamal rayon MKS-inin təşkilati dəstəyi ilə növbəti treninq məşğələlər təşkil olunmuşdur.

Treninqin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli Sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda, habelə Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə Facebook səhifəsi və YouTube kanalında fəaliyyət göstərən “Kitabsevər uşaqlar“ lahiyələrinin davamlığının təmin edilməsi olmuşdur.

2018-ci ilin 12-17 noyabr tarixlərində təşkil olunmuş məşğələlərdə 21 kitabxana mütəxəssisi iştirak etmiş, onlardan 4-ü distant təhsil almışdırlar. Treninq iştirakçıları “Kitabxanalarda tətbiq olunan innovativ layihələr” (Pərviz Kazımi), “Gənclər sosial şəbəkələrdə” (Oruc Quliyev), “Corel Draw proqramı ilə tanışlıq, alətlər paneli, maketin ölçülərinin təyini” (Günay Həsənova), “Azərbaycan ədəbiyyatının virtual kitabxanası:ədəbiyyatın seçilməsi, təhlükəsizlik məsələləri, müəllif hüquqları” (Emin Bədəlov), “Azərbaycan ədəbiyyatının virtual kitabxanası layihəsinin inkişafı” (Natəvan Mədətzadə), “Kitabsevər uşaqlar” YouTube kanalının təbliği və inkişafı (Arifə Rzayeva), “Kitabsevər uşaqlar” Facebook səhifəsinin izləyiciləri ilə qarşılıqlı əlaqələrinin inkişafı (Əsli İbrahimova), “Videoçarxlarda müasir animasiyalar”, “Sərhədsiz informasiya tribunası” Facebook səhifəsinin inkişafı, oxucu auditoriyasının genişləndirilməsi (Gülşən Quliyeva), “MKS-lərin sosial şəbəkələrdə fəaliyyəti” (Gülünaz İsgəndərova), “Kitabxanalar və oxucuları informasiya cəmiyyətində” (Lətifə Məmmədova) mövzularda məruzələr dinləmişdirlər.

Treninqin sonuncu günü kitabxana mütəxəssislərinə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin sertifikatları təqdim olunmuşdur.

Yasamal rayon MKS-i tərəfindən Gəncə, Şəki şəhər, Qax, Ağcabədi, Göyçay, Zərdab, Quba, Ucar, Astara, Qusar, Ağdaş rayon MKS-lərinə kitablar hədiyyə edilmişdir.

DAHA BİR UĞURLU VƏ DAVAMLI LAYİHƏ
DAHA BİR UĞURLU VƏ DAVAMLI LAYİHƏ

DAHA BİR UĞURLU VƏ DAVAMLI LAYİHƏ
DAHA BİR UĞURLU VƏ DAVAMLI LAYİHƏ

Paylaş: