C. Sen 20th, 2019

Dünyanın ən təhlükəsiz ölkələri: AZƏRBAYCAN HANSI SIRADADIR?

Almaniyanın “Bündnis Entwicklung Hilft” cəmiyyətinin mütəxəssislərinin hazırladığı “WorldRiskReport 2018” reytinqinə görə Azərbaycan Cənubi Qafqazda təbii fəlakətlərdən ölüm halları üzrə ən təhlükəsiz ölkə hesab olunub.

Turkustan.info xəbər verir ki, Azərbaycan bu reytinqdə 103 (5,46 maddə üzrə), Gürcüstan 101, Ermənistan 91-ci (6,06) yerdə qərarlaşıb. Almaniyanın Rur Universitetinin professoru Katrin Radkenin rəhbərliyi altında aparılmış araşdırmalar nəticəsində 172 ölkəyə dair məlumatlar analiz edilib. Ölkələr beş risk qrupuna bölünüblər. 

Reytinqdə ən birinci sırada yer alan ölkə ən təhlükəli risk qrupuna daxil olan ölkə hesab edilib. Postsovet məkanında ən təhlükəsiz ölkə Estoniya (160-cı yer), ən təhlükəli ölkə isə Özbəkistan (58-ci yer) olub. Bu siyahıda Litva 156, Belarus 147, Ukrayna 145, Latviya 144, Rusiya 130, Qazaxıstan 129, Moldova 125, Gürcüstan 101, Tacikistan 93, Ermənistan 91, Türkmənistan 86, Qırğızıstan 67-ci pillədə qərarlaşıb. Azərbaycanın yaxın qonşuları İran və Türkiyə müvafiq olaraq 120 və 112-ci pillələrdə yer alıblar.

Dünyanın ən təhlükəsiz ölkələri adını Qətər (172), Malta (171), Səudiyyə Ərəbistanı (170) alıb. Ən təhlükəli ölkələr isə Sakit Okeanda yerləşən Vanuatu ada dövləti, Tonqa və Filippindir.   /Cebhe.info/

Paylaş: