Bz. Sen 22nd, 2019

Dəhşətli partlayışda ölənlər hansı vəzifəlinin qohumlarıdır?

Noyabrın 20-də səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş dəhşətli partlayışda ölən ana və oğlu İqtisad Universitetinin Zaqatala filialının direktoru, professor Orucəli Rzayevin yaxın qohumları imiş.

Turkustan.info xəbər verir ki, qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından meyiti çıxarılan 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı direktorun gəlininin anası, yəni qudasıdır. Hadisə nəticəsində 47 yaşlı qadının oğlu, 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlu da həlak olub.

Bildirilir ki, Nigar Tağıyeva həmin mənzildə yaşamırmış və ora qonaq gedibmiş.

Qeyd edək ki, partlayış nəticəsində binanın bir hissəsi çöküb, ümumilikdə 3 nəfər vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.   /Publika/

 

Paylaş: