20 Yanvar 2021 06:37

Bakıya giriş-çıxış bağlandı

Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaranıb.
Turkustan.info xəbər verir ki, yolda olan sürücülərin Modern.az-a verdiyi məlumata görə, yolda tıxac 2 saata yaxındır davam edir. 20 yanvar dairəsi bağlandığından həm Bakıya giriş, həm də şəhərdən çıxış mümkünsüz olub. Sumqayıta getmək istəyən sərnişinlərin böyük bir hissəsi isə metronun 20 yanvar stansiyasının yaxınlığındakı körpünün üstünə çıxıb avtomobil gözlədiklərindən həmin yolda da avtomobillər yalnız bir cərgə hərəkət etmək məcburiyyətində qalıb.
Əraziyə əlavə polis qüvvələri cəlb olunsa da, hələ ki problemi həll etmək mümkün olmayıb. Tıxacın hansı səbəbdən yaranması ilə bağlı hər hansı məlumat verilmir.

Paylaş: