17 Yanvar 2021 06:34

Dünyanın ən güclü orduları – REYTİNQ

Dünyanın ən güclü silahlı qüvvələrinin siyahısı açqılanıb. 

Turkustan.info “Business Insider” nəşrinə istinadən xəbər verir ki, siyahıya 25 ölkənin adı daxil edilib. 

Reytinqə ABŞ Silahlı Qüvvələri başçılıq edir. İkinci Rusiya, üçüncü yerdə isə Çin qərarlaşıb. 

Reytinqə əsasən, ABŞ ordusunda iki milyon hərbçi xidmət keçir. ABŞ Silahlı Qüvvələrində 12 mindən çox təyyarə, 5,9 min tank və 415 gəmi var. Hərbi büdcə 647 milyard dollardır. 

Rusiya ordusunda şəxsi heyətin sayı 3,5 milyondur. Ordunun tərkibinə dörd min təyyarə, 20 mindən çox tank və 352 gəmi daxildir. Hərbi büdcə 47 milyard dollardır. 

Çin ordusunda 2,7 milyon insan xidmət keçir. Çin SQ-nin tərkibində 7,7 min tank, üç min təyyarə və 714 gəmi var. Ölkənin ümumi hərbi büdcəsi 151 milyard dollardır. 

İlk onluğa Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə və Almaniya da daxildir. 

Siyahı hazırlanan zaman orduların silahlarının müxtəlifliyi, səfərbərlik potensialı və sənaye inkişafı səviyyəsi kimi göstəriciləri nəzərə alınıb.   /oxu.az/

Paylaş: