17 Yanvar 2021 04:15

QHT 3 rayonda “Öz biznesinin sahibi ol” adlı tədbirlər keçirib – FOTOLAR

Əlil Qadınlar Cəmiyyəti Finlandiya Xarici İşlər Nazirliyi nəzdində Finlandiya Yerli Əməkdaşlıq Fondunun dəstəyi ilə Biləsuvar, Qazax və Qusar rayonlarında “Öz biznesinin sahibi ol” adlı silsilə tədbirlər həyata keçirib.

Layihənin məqsədi Azərbaycanın regionlarında (Biləsuvar, Qazax, Qusar) əlilliyi olan qız və qadınlar üçün kiçik biznes imkanlarının yaradılması, onlar arasında özünəməşğulluq maraqlarının dəstəklənməsinin təmin edilməsidir.

Layihə barədə məlumat verən qurumun sədri Məhluqə Rəhimova bildirib ki, Azəraycan Əlil Qadınlar Cəmiyyəti tərəfindən proqram çərçivəsində kiçik biznesə maraq göstərən qız və qadınlar müəyyən edilərək onlar arasında kiçik sahibkarlığa dəstək məqsədilə anket sorğular keçirilmişdir.

Sorğular 2 variantda (A və B) tərtib edilmişdir.

A-variant: öz kiçik biznesini yaratmaq istəyi olan, bunun üçün  lazımi bacarqlara və bilgilərə yiyələnmək istəyi olan xanımlar üçün.

 B-variant: öz kiçik biznesləri artıq mövcud olan və bu bizneslərini genişləndirmək və inkişaf etdirmək istəyən xanımlar üçün.

Sorğuda iştirak edən əlilliyi olan qız və qadınlar kiçik biznes bacarıqlarına dair 30 saatlıq təlim kurslarına cəlb olunmuşdur.

Layihənin növbəti mərhələsində təlimi müvəffəqiyyətlə bitirən və texniki dəstək proqramına müraciət edən proqram iştirakçıları arasında seçim ediləcək və qaliblər kiçik biznesə başlamaq üçün, yaxud mövcud biznesi inkişaf etdirmək üçün lazımi material və avadanlıqlarla təmin ediləcəklər.

Hesab edirik ki, əlilliyi olan qadın və qızların ictimai proseslərdə və biznesdə fəal iştirakı cəmiyyətin inkişafında önəmli rol oynayır.

Tədbirlərdə sözügedən rayonlardan ictimaiyyət nümayəndələri, müvafiq dövlət qurumlarının təmsilçiləri iştirak və çıxış ediblər. 

 

Paylaş: