19 Yanvar 2021 21:48

Röya qəzaya düşdü – Xəstəxanadan açıqlama

Müğənni Röya avtomobil qəzasına düşüb.
Turkustan.info xəbər verir ki, hazırda o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılır.
Müğənninin HB Güvən klinikasına apaırldığı bildirlir.
Klinikadan xəbəri BakuPost-a təsdiqləyiblər. Bildiriblər ki, klinika rəhbərliyi xəstənin qəbul üçün xüsusi tapşırıq verib: “Bütün tibbi personalın toplanması üçün tapşırıq verilib. Röya xanım əvvəlcə rentgen olunacaq”.
***
Röya Ayxan xəstəxanaya çatdırılıb. 
Klinikadan BakuPost-a verilən xəbərə görə, o, təcili tibbi yardım şöbəsinə qəbul edilib. Müğənniyə ilkin tibbi müdaxilə edilib. İlkin həkim rəyinə görə, Röya ciddi xəsarət almayıb. Onun əsasən qol nahiyəsi əzilib.
Hadisənin necə baş verməsi ilə bağlı hər hansı məlumat yoxdur.

Paylaş: