19 Yanvar 2021 22:33

Türkiyə və Azərbaycanla.. – Bu tarixdə İrəvanın FƏLAKƏT SSENARİSİ BAŞLAYACAQ

“Seçkilərdən sonra Ermənistan öz xarici siyasət prioritetlərini də tam şəkildə cızacaq. Reallıq odur ki, Ermənistan Rusiya boyunduruğundan çıxa bilməyəcək”.

Turkustan.info bildirir ki, bu sözləri Publika.az-a açıqlamasında siyasi analitik Fikrət Sadıqov Rusiya ilə Ermənistan arasında baş qaldıran gərginliyi şərh edərkən deyib.

Politoloq bildirib ki, hazırda Ermənistanda baş nazir vəzifəsini icra edən şəxs sadəcə olaraq Qərblə Rusiya arasında çabalayır:

“Mənə elə gəlir ki, bu məsələni təhlil etmək də çətin deyil. Baş nazir parlament seçkiləri ərəfəsində özünə reytinq qazandırmaq fikrindədir. Əlbəttə ki, parlamentə öz tərəfdarlarını çəkmək əsas məqsəddir. Paşinyan bütün vasitələrdən istifadə edir: gah gedib Qərbə söykənmək istəyir, gah da rusiyameyilli ifadələr səsləndirir. Ancaq bu da bir reallıqdır ki, Ermənistanın Rusiya ilə münasibətləri son zamanlar gərginləşib. Buna səbəb də Paşinyanın açıq şəkildə Rusiyaya qarşı tənqidi fikirlər söyləməsidir. Bir tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Şurasının baş katibliyi vəzifəsinə yenidən erməni nümayəndənin təyin edilməsi üçün Rusiya ilə danışıqlar aparılır, digər tərəfdən isə Rusiyanı qıcıqlandıran qərbmeyilli çıxışlar edir”.

Politoloqun fikirlərinə görə, Ermənistanın qarışıq siyasi vəziyyəti parlament seçkilərinə qədər davam edəcək:

“Seçkilərdən sonra Ermənistan öz xarici siyasət prioritetlərini də tam şəkildə cızacaq. Reallıq odur ki, Ermənistan Rusiya boyunduruğundan çıxa bilməyəcək. Rusiya əhatəsi ona imkan verməyəcək ki, Paşiyan dünya “oyunçuları” ilə müstəqil siyasət aparsın. Çünki ortada hərbi-texniki əməkdaşlıq var. Rusiyanın orada bazası var. Ermənistanın sosial-iqtisadi vəziyyəti Rusiyadan asılıdır. Digər tərəfdən Türkiyə və Azərbaycanla sərhədlər bağlıdır. İran isə ABŞ tərəfindən sanksiyalara məruz qalır. Ermənistanın vəziyyəti o qədər mürəkkəbdir ki, bəlkə də, Paşinyan özü çox şeyləri dərk etməkdə çətinlik çəkir. Nə siyasi təcrübəsi var, nə də siyasi biliyi. Küçədən keçən təsadüfi bir adamdır. Düşünür ki, müxtəlif ziddiyyətli bəyanatlarla nəyəsə nail ola bilər. Amma bu vəziyyət çox davam etməyəcək. Vəziyyətin dönüş nöqtəsi seçkilərdən sonra olacaq”.

Paylaş: