19 Yanvar 2021 21:39

Əvvəlcə qanını şprislə çəkib unitaza töküblər, sonra… – Haşoginin qətlinin bəzi detalları

Səudiyyəli Ərəbistanın İstanbuldakı baş konsulluğunda qətlə yetirilən səudiyyətli jurnalist Camal Haşoginin ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyədən gələn qatillər Haşoginin öldürəndən sonra onun qanını şprislə çəkərək unitaza axıdıblar. Sonra qanı çəkilmiş cəsədi hissələrə ayırıblar.

Bu vəhşiliyi hazırda Səudiyyə Ərəbistanında saxlanılanlar arasında olan Salah al-Tubaiqinin etdiyi deyilir.

Məlumata görə, Tubaiqi cəsədi parçalayarkən musiqi dinləyirmiş və ona kömək edənlərə təlimatlar verirmiş. Haşoginin cəsədindən çəkilən qanın ətrafa dağılmaması üçün laxtalandırıcı dərmandan da istifadə edildiyi deyilir.  /Publika.az/

Paylaş: