16 Yanvar 2021 12:12

Alimin başı kəsiləndən sonra etdiyi elmi kəşf – Ən qeyri-adi ixtira

Fransız kimyaçısı Antuan Lavuazye 1743-cü ildə anadan olub.

O, 1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandırıb.

Dünya elm tarixində bəlkə də ən qeyri-adi elmi tapıntı məhz ona məxsusdur. Elmə fanatik şəkildə bağlı olan alim edam cəzasına məruz qalır. Amma o dövrün ən kəskin edam aləti olan gilyotin belə onu bu sevdasından daşındıra bilmir. Alim ölümə gedərkən belə, hətta ölümündən sonra da elm üçün nəsə etmiş olur.

Moderator.az xəbər verir ki, kimyaçı 51 yaşındaykən, məhkəmə onun gilyotinlə öldürülməsinə qərar verir. Boynunun vurulmasını gözləyərkən belə kitab oxuyan kimyaçı cəllad onu apardıqda harda qaldığını unutmamaq üçün kitabın arasına əlfəcin qoyur.

Lavuazye, ölümə gedərkən Riyaziyyatçı dostu Laqranjı yanına çağırır və deyir:

“Başım səbətə düşdükdə gözlərimə bax. Əgər iki dəfə göz qırpsam, insanın başı kəsildikdən sonra bir müddət daha beyni düşünməyə davam edir deməkdir.”

Və beləliklə, başı kəsilib səbətə düşdükdə gülərək iki dəfə göz qırpır.

Riyaziyyatçı Laqranj deyir:

— Lavuazyenin son saniyəsinədək isbat arayışı, elmin yüz illər boyu davam edəcək məşəlidir.    (Moderator.az)

Paylaş: