28 Yanvar 2021 13:41

Dünya yeni neft böhranına yuvarlanır – KİV

Neft hasilatı hər il 6 milyon barrel azalacaq.

Turkustan.info xəbər verir ki, bu iddia ilə “Frankfurter Rundschau” qəzeti çıxış edib.

“Beynəlxalq Energetika Agentliyi 2020-ci illərin əvvəllərində ciddi neft böhranının yaşanacağını bildirib. BEA-nın dəyərləndirməsinə görə, neft hasilatı əhəmiyyətli dərəcədə azalacaq. Əgər neft sənayesinə investisiyalar artmasa, ABŞ frekinq yoluyla əhəmiyyətli miqdarda neft istehsal edə bilməyəcək. Yeni investisiyalar olmadan qlobal neft hasilatı 2025-ci ilə qədər iki dəfə azalacaq. Bununla belə sutkalıq hasilat hər il 6 milyon barrel azalacaq. Yeni yataqların axtarışı üçün investisiyalar yetərli olmayacaq. Əslində yeni neft yataqlarından hasilatın həcmi son illər davamlı olaraq azalıb. Hasilatın azalmasını frekinqin köməyi ilə hasil edilən qeyri-konvensional neft kompensasiya edib. Məsələ bunun nə qədər uzun davam edəcəyidir”, – deyə məqalədə bildirilib.  /Axar.az/

Paylaş: