24 Yanvar 2021 21:36

Kerküklü milli şair Mehmet İzzet Hattat Ankarada anıldı

“TÜRKSOY ” Beynəlxalq Türk Kültür Təşkilatı kərküklü şair Mehmet İzzet Hattatın 90 yaşı münasibəti ilə Ankarada anma toplantısı düzənləndi. Türkməneli Kültür Mərkəzinin dəstəyi ilə hazırlanan anma toplantısında İraq Türkmənləri ilə Türksoy arasında bir işbirliyi protokolu imzalandı.

Turkustan.info xəbər verir ki, tədbirin girişində Türksoyun genel sekreteri Böyükelçi Düsen Kaseinov Türksoyun fəaliyyətləri ilə bağlı tədbir iştirakçılarına məlumat verdi.Türkməneli ilə Türksoy arasında imzalanan iş birliyi protokolunun önəmli olduğunu vurğuladı.Daha sonra Türkməneli Kültür Mərkəzinin rəhbəri Dr.Mustafa Ziya çıxışında Türksoyla Türkmənlərin arasındakı işbirliyinin tarixçəsindən söz etdi və Türksoyun ümumiyyətlə TÜRK dünyasına və özəlliklə Türkmən elinə vermiş olduğu dəstələklərdən dolayı təşəkkür etdi.Daha sonra M.İ.Hettatın həyatı və əsərləri haqqında kitabın yazarı Dr.Şəmsəddin Küzəçi şairin həyat hekayəsini və kitabın hazırlıq mərhələlərini anlatdı.Ardından şairin şerləri Səidə Ömər və Öndər Yağmuroğlu tərəfindən səsləndirildi.Ayrıca Azərbaycanın fəal gənclərdən olan Səidə Ömər tərəfindən qonaqlara Azərbaycanın Qızıl Fonduna daxil olmuş “Evlərinin önü yonca ” adlı türküsünə rəqs təqdim edildi.Tədbirin sonuna yaxın Türkmənelinin güclü səsi olan Ömər Türkmənoğlu tərəfindən bir birindən gözəl Kərkük mahnıları ifa olundu.Program Azərbaycanın məşhur mahnısı olan”Ayrılıq”mahnısı ilə başa çatdı.

Tədbirin sonunda şairin ailəsi adından şairin qızı Yüksəl xanım və kürəkəni Riyaz Sarıkəhya tədbir üçün Türksoy və Türkməneli Kültür Mərkəzinə təşəkkür etdi.Tədbirin bağlanışında Türksoy tərəfindən Dr.Mustafa Ziya,Dr.Şəmsəddin Küzəçi,Səidə Ömər,Öndər Yağmur,Ömər Türkmənoğlu,pianoçu Kaya Güce təşəkkür diplomu təqdim edildi. Türkməneli Kültür Mərkəzi isə Türksoy genel sekreteri Düsen Kosenova və sekreter köməkçisi Prof.Dr. Fırat Purtasa,Türksoy Azərbaycan nümayəndəsi Elçin Qafarlı və Türksoy işçisi,çalışanı Barış Cavid Müsümlüyə fəxri diplom təqdim etdi.Tədbir xatirə fotoları ilə başa çatdı.

 

 

Paylaş: