20 Yanvar 2021 07:40

Neftin kəskin ucuzlaşmasının – Səbəbi

Neftin qiymətinin düşməsi bazarda yaranan şəraitlə bağlıdır. Hazırda bazarda kifayət qədər neft bolluğu və buna dəlalət edən sübutlar var.

Turkustan.info bildirir ki, bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban neftin qiymətindəki kəskin ucuzlaşmanın səbəbləri haqda Axar.az-a danışarkən deyib.

Ekspert bunun öz əksini OPEK-in son hesabatlarında tapdığını da vurğulayıb:

“Bunun nəticəsidir ki, cari ilin dördüncü rübü və 2019-cu ilin əvvəli üçün OPEK-in proqnozları bazar iştirakçılarının böyük təşvişinə səbəb olub. Çünki OPEK hesab edir ki, artıq 2019-cu ilin əvvəlində bazara təklif olunacaq 1,2-2 milyon barrel neft istehlak edilə biləcək həcmdən çox olacaq. Bazarda neft olduqca çoxdur”.

Ekspert dekabrın əvvəlində Vyanada keçiriləcək OPEK konfransında hasilatın azaldılması müzakirəsinin neft bazarının iştirakçıları üçün pozitiv siqnal ola biləcəyini də qeyd edib.

Qeyd edək ki, dünya birjalarında neft kəskin ucuzlaşmaqdadır. Hazırda “Brent” markalı neftin qiyməti 58,75 dollar/barrelə düşüb. Bu, son səkkiz ay ərzində müşahidə edilən ən böyük ucuzlaşmadır.

Paylaş: