28 Yanvar 2021 02:51

Ər özünü və 23 yaşlı arvadını yandırdı – Azərbaycanda ŞOK OLAY

Gədəbəy rayonunda 2 nəfər şəxs ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Rayonun Turşusu kəndində 1985-ci il təvəllüdlü yerli sakin Samir Məmmədov evindəki qaz sobasını yandıran zaman ehtiyatsızlığa yol verib və nəticədə alov sobadan kənara yayılıb.

Bu zaman özü və sobanın yaxınlığında olan 1995-ci il təvəllüdlü həyat yoldaşı İlahə Məmmədova əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.   (Report)

Paylaş: