Ça. Yan 28th, 2020

Avtomobilində öldürülən avtoritetlə bağlı YENİ XƏBƏR – RUSİYADAN GƏLİBMİŞ VƏ…

Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Turkustan.info-nun Publika.az-a istinadən əldə etdiyi məlumata görə, 1967-ci il təvəllüdlü kənd sakini Əkbərov Oktay Saleh oğlu 2 ay imiş ki, Rusiyadan Azərbaycana qayıdıbmış və doğulduğu kənddə yaşayırmış. O, uzun müddət Rusiyada həbsxanada olub. Sonuncu dəfə 8 il müddətində Rusiyada cəza çəkən O.Əkbərov həbsdən çıxan kimi Azərbaycana qayıdıbmış.

Bildirilir ki, qətl hadisəsi ötən gecə saat 00 radələrində baş verib.

Hələlik şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər O.Əkbərovun başına tapança ilə 2 dəfə atəş açaraq onu öldürüb.

Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Paylaş: