23 Yanvar 2021 06:17

Nuriyyə Hüseynova İstanbuldakı konsertin ardınca, Ankarada çıxış edəcək -FOTOLAR

Türkiyənin İstanbul şəhərində dahi Azərbaycan şairi Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümü münasibətilə tədbir keçirilib.

Turkustan.info xəbər verir ki, “Türk Ocakları” Dərnəyinin, Şəhər bələdiyyəsinin və “Yeni Yurd” ictimai birliyinin sədri Mahirə Əsədovanın təşkilatçılığı ilə keçirilən tədbiri Dr Cezmi Bayram açıb.

Əli Əmiri adına Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə azərbaycanlı alim Prof.Dr. Kamil Vəli, Dr.Yusuf Gədikli, Fərqanə Mustafayeva, Hüseyn Cavidin ev muzeyinin direktoru Gülbəniz Babaxanlı çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Mikayıl Müşfiq kimi ziyalıların da müstəsna rollarının olduğunu qeyd etdilər. 

Sonra tədbir musiqili proqramla davam edib. Türk dünyasının sevilən sənətçisi, Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynovanın ifa etdiyi milli ruhlu mahnılar iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Nuriyyə Hüseynova hazırda Ankaradadır. O, noyabrın 26-da Cumhurbaşkanlığı Orkestrinin konsert salonunda TÜRKSOY-un yaradılmasının 25, Ankara Ticarət Odasının yaradılmasının 95 illiyi ilə bağlı konsertdə çıxış edəcək.

Paylaş: