Rusiya boğaza hərbi vertolyotlar göndərdi – GƏRGİNLİK
Bu gün Ukrayna Hərbi Dəniz Qüvvələrinə aid 3 gəminin Qara dənizdə Rusiya sularına daxil olması bölgədə gərginlik yaradıb.
Turkustan.info Rusiya mediasına istinadən xəbər verir ki, Moskva hərbi gəmiləri durdurmaq üçün bölgəyə 2 ədəd “Ka-52” vertolyotu göndərib. Qeyd edək ki, Odessadan
Maripol istiqamətində hərəkət edən Ukrayna gəmiləri 3 saatdır ki, Kerç boğazından keçməyə çalışırlar. Məlumata görə, Rusiya sərhəd gəmiləri Ukrayna gəmilərini izləyir. Federal Təhlükəsizlik Bürosundan verilən məlumata görə, Ukrayna hərbi gəmilərinə Kiyevdən kömək göndərilib. /Cebhe.info/